İnsanlara hürriyət, millətlərə istiqlal!

Muzeydə yıxıldı, 500 illik tablonu cırdı - FOTO

Musavat.com xəbər verir ki, İtaliyada maraqlı hadisə baş verib. Breşiya şəhərində yerləşən muzeydə bir qadın təsadüfən XVI əsrə aid nadir bir tabloya zərər yetirib.

“Giornale di Brescia” nəşrinin məlumatına görə, Breşiyalı Moretto tərəfindən çəkilmiş və şəhərin dərin dini tarixi haqqında danışan əsər uzun illər davam edən mürəkkəb bərpadan sonra muzeyə qaytarılmışdı. Lakin dünən axşam, muzeyin bağlanmasına az qalmış bir ziyarətçi ayağı büdrəyib, yerə yıxılıb və əlilə tabloyu cırıb.

Muzey rəhbərliyinin verdiyi məlumata görə, qadın xəsarət almasa da, tablo yenidən bərpaya göndərilməli olacaq. Muzeylər Fondunun direktoru Stefano Karacov bildirib ki, əsərə dəyən zərər bərpa oluna biləcək səviyyədədir. Tabloda boyanın silinməsi baş vermədiyi üçün onun əvvəlki vəziyyətə qaytarılması mümkündür.

Təəssüf ki, bu cür hadisələr nadir olsa da, muzeylərdə zaman-zaman baş verir. Daha əvvəl də oxşar hallarla qarşılaşan bərpaçılar, əsərin orijinal görünüşünü qorumağa çalışacaqlar. İndi 500 illik sənət əsəri ikinci dəfə bərpaya göndərilib.

 

Musavat.com

Screenshot_3.png (563 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR