İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətçi lider Paşinyana qarşı müqavimət hərəkatını tərk edir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Şərəf duyuram” blokunun parlament fraksiyasının rəhbəri Artur Vanetsyan baş nazir Nikol Paşinyana qarşı qurulan müqavimət hərəkatından ayrılacaq.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Artur Vanesyanın ayrılmasına rəğmən mübarizəni davam etdirəcəyi ilə bağlı bu gün açıqlama verəcək.

“Hraparak” qəzeti keçmiş direktorun hətta deputat mandatından imtina edə biləcəyini bildirib. Məqalədə müxalifətin ardıcıl və sistemli şəkildə hərəkət etmədiyinə işarə vurulur. Qəzetin yazdığına görə, il yarımdır ki, baş nazir Nikol Paşinyanın və bütün hökumətin istefası uğrunda mübarizə aparan müxalifətçilər vaxtaşırı taktikalarını dəyişirlər: gah birləşirlər, gah mərkəzləşdirilməmiş mübarizə elan edir, gah da Milli Assambleyada mübarizə aparırlar.

Qeyd etmək lazımdır ki, bu ilin aprel ayının 17-də Azadlıq meydanında oturaq aksiyaya ilk olaraq Artur Vanetsyan başlamış və hazırda hökumətə qarşı seçilən mübarizə metoduna o, start vermişdi. Aprelin 23-də parlament müxalifəti mübarizəyə qoşulmuş, daşnakların nümayəndəsi, “Ermənistan” blokundan parlamentin vitse-spikeri İşxan Saqatelyan isə ümumi fəaliyyətin əlaqələndirilməsini öz üzərinə götürmüşdü.

Bu ilin may ayının 1-də keçirilən böyük mitinqdən sonra müxalifət Fransa meydanında çadırlar qursa da, iyunun 15-də isə onları sökməyə qərar verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR