İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifətçi deputatlar belə cəzalandırıldı - şok video

Bu gün Ermənistan Milli Assambleyasının iclas zalında yaranmış gərgin vəziyyətdən sonra bəzi müxalifət deputatlarına töhmət verilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, qalan müxalifətçi deputatlar iclas zalını tərk ediblər.

Parlamentin spikeri Alen Simonyan xüsusilə bildirib ki, deputatlar Taqui Tovmasyan, Geqam Manukyan, Qarnik Danielyan, Anna Mkrtçyan, Hayk Mamicanyan, Anna Qriqoryan, Tiqran Abramyan, Taron Markaryan, Artur Sarkisyan və Andranik Tevanyan günün sonunadək növbədənkənar iclasda iştirak hüququndan məhrum ediləcəklər.

Sosial şəbəkələrdə Ermənistan parlamentində baş verən insident və təhlükəsizlik xidmətinin müxalifət deputatlarını zaldan necə çıxarması ilə bağlı yeni görüntülər yayılıb. Musavat.com həmin kadrları təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR