İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət Maduro ilə anlaşdı, Bayden Venesuelaya qarşı sanksiyaları yumşaltdı

ABŞ lideri Co Baydenin administrasiyası Venesuela prezidenti Nikolas Maduronun hökuməti ilə müxalifət arasında bu yaxınlarda bərpa olunmuş danışıqları dəstəkləmək üçün Venesuelaya münasibətdə neftlə bağlı bəzi sanksiyaların yumşaldıldığını elan edib.

ABŞ Maliyyə Nazirliyi “Şevron” şirkətinin Venesuelada məhdud miqdarda neft istehsalını bərpa etməyə icazə verib. Xatırladaq ki, Maduro rejiminin uzun illər boyu tətbiq etdiyi sanksiyalar nəticəsində Venesuelanın neft və qaz satışından əldə etdiyi gəlirlər kəskin şəkildə azalıb.

Bu ilin əvvəlində maliyyə nazirliyi Kaliforniyanın “Şevron” şirkətinin və digər Amerika şirkətlərinin PDVSA dövlət neft konserni ilə birlikdə idarə etdikləri mədənlərə texniki xidməti yerinə yetirmələrinə icazə verib. Yeni siyasətə görə, neft satışından əldə edilən mənfəət PDVSA şirkətinə çatmayacaq, Şevron şirkəti qarşısında borcun ödənilməsinə yönəldiləcək.

Maduro hökuməti ilə “Vahid platforma” arasında danışıqlar 12 aylıq fasilədən sonra Mexikoda bərpa olunub (AZƏRTAC).

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR