İnsanlara hürriyət, millətlərə istiqlal!

Mütəxəssis: Vətəndaş həkimdən elektron resept tələb edə bilər

“Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilisində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyənin standartları və təsnifatlarının nəşriyyatı bölməsinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə, elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir:

“Həkimlər elektron resept yazmaqdan imtina etdiyi təqdirdə və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik”.

Mütəxəssis onu da bildirib ki, e-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir:

“Rəqəmsal reseptə yalnız Dövlət Qeydiyyatından keçən və Tarif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji fəal maddələrin təyini rəqəmsal reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlər tərəfindən daha öncə yazılan reseptləri görmək imkanı yaradır. Nəticədə bu, daha düzgün müalicənin aparılmasına səbəb olur”, - deyə S.Məhərrəmova əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR