İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəntiqlər Paris Notr-Dam kilsəsinin qəsdən yandırılması əlamətləri aşkarlamayıb

Fransız müstəntiqlər Paris Notr-Dam (Məryəm Ana) kilsəsində yanğının səbəblərinə dair təhqiqatın gedişində qəsdən yandırma izləri aşkarlamayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb. Məlumata görə, hələ bir neçə ekspertizanın nəticələri gözlənilsə də, təhqiqat rəsmən başa çatıb.

Xatırladaq ki, Məryəm Ana kilsəsində yanğın 2019-cu il aprelin 15-i axşamı baş vermişdi. Alov taxta damı və qülləni məhv etmişdi. Güclü yanğını yalnız 15 saatdan sonra söndürmək mümkün olmuşdu.

Fransa və digər ölkələrin sakinləri, həmçinin müxtəlif təşkilatlar kilsənin bərpasına 842,8 milyon avro həcmində ianə ediblər. Memarlar qülləni bərpa etmək üçün Fransa meşələrindən əsrlərlə yaşı olan minə yaxın palıd ağacı seçiblər. Kilsənin yenidən qurulmasına bu ilin payızında başlanacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR