Onlayn ictimai-siyasi qəzet
“Bura bizim evimizdir, Türkiyənin istənilən yerinə gedəndə keçirdiyimiz hissləri Bakıya gələndə yaşayırıq”.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop tviter hesabında yazıb.
“Bir millət, iki dövlət” ifadəsi sadəcə mücərrəd bir şüar deyil, konkret münasibətlərimizin əsaslandığı əsas prinsipimizdir”, - Türkiyə parlamentinin rəhbəri qeyd edib.
Qeyd edək ki, TBMM sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak üçün dünən Azərbaycana səfərə gəlib.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ