Onlayn ictimai-siyasi qəzet
Yazıçı Müşfiq Xanın itkin düşən oğlu Füzuli Fərziyev tapılıb.
Musavat.com xəbər verir ki, yazıçı bu xoş xəbəri sosial şəbəkə hesabında paylaşıb.
"Oğlum Füzuli Fərziyev tapıldı. Şükürlər!" — deyə Müşfiq Xan sevincini bölüşüb.
Xatırladaq ki, ötən gün yazıçı övladının saat 16:05 radələrində itkin düşdüyünü bildirmişdi. Məsələ ilə bağlı polisə müraciət edilmiş, yeniyetmənin tapılması üçün axtarışlara başlanılmışdı.
Xalidə Gəray
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ