Onlayn ictimai-siyasi qəzet
Müsavat Partiyası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək. Bu qərar Partiya Məclisinin 4 iyun tarixli ilcasında qərara alınıb.
Partiyanın seçki qərargahı yaradılıb, qəragaha Məclis sədri Arif Hacılı rəhbərlik edəcək.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Turan-a bildirib ki, Məclis sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.
"Müsavat demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir. İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiya Divanına həvalə etdi", - Gülağa Aslanlı deyib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ