İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən “Boeing C-17 Globemaste”r hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg”in jurnalisti Cennifer Ceykobs tviterdə yazıb.

“Vitse-prezidentin mavi və ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq”-deyə, o bildirib.

Onun sözlərinə görə, artıq K. Harris hərbi təyyarə ilə ABŞ-a yola düşüb.

Münhenə səfərində onu müşayiət edən ABŞ vitse-prezidentinin mətbuat xidməti daha sonra Harrisin hərbi nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacağını təsdiqləyib.

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR