İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜHÜM YENİLİK - Süni intellekt döş xərçəngi diaqnozu qoya bilər

İsveçdə aparılan böyük bir yeni araşdırma göstərir ki, süni intellekt döş xərçənginin diaqnozunda insan radioloqları ilə eyni səviyyədədir.

Musavat.com “The Guardian”a istinadla xəbər verir ki, “Lancet Oncology” jurnalında dərc olunan araşdırmaya İsveçdə 80 mindən çox qadın daxil edilib. Tədqiqat zamanı mamoqrammaların yarısı süni intellektin iştirakı olmadan iki radioloq tərəfindən təhlil edilib, digər yarısı isə əvvəlcə süni intellekt tərəfindən qiymətləndirilib, sonra isə radioloqlar tərəfindən yenidən analiz edilib.

Məlumata görə, tədqiqatçılar bildiriblər ki, nəticələr hər iki qrupda xərçəng diaqnozlarının "eyni nisbətdə" olduğunu göstərib. Qeyd etmək vacibdir ki, süni intellekt 244-ə qarşı 203 nisbətdə daha çox xərçəng halını aşkar edib və bu, yanlış diaqnozla bağlı olmayıb. Yanlış dianoqz göstəricisi (1,5%) hər iki qrupda eyni olub.

Nyu-York ştatından olan doktor Stamatia Destunis qeyd edir ki, mamoqrafiyada süni intellektin istifadəsi döş xərçəngini erkən mərhələdə aşkar etməyə kömək edir və bu, xəstələr üçün daha yaxşı proqnoza rəvac verir.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, hələlik radioloqların tam olaraq süni intellektlə əvəzlənməsini gözləməyə dəyməz. Çox güman ki, süni intellekt onların iş yükünü azaltmağa, daha dəqiq diaqnoz qoymağa kömək edəcək və daha mürəkkəb halların təhlili üçün vaxt qazandıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR