İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin taleyini o müəyyən edəcək - ŞOK DETALLAR

 

“İsrailin Qəzzada müharibəsi tamamilə Yəhya Sinvardan asılıdır”.

Musavat.com xəbər verir ki, bunu İsrailin “Jerusalem Post” nəşri yazıb.

Nəşr qeyd edir ki, Qəzza müharibəsinin taleyini Sinvar müəyyən edir: “Sinvarın mövcudluğu HƏMAS terrorçularını müharibələrini davam etdirməyə ruhlandırır”.

“Jerusalem Post” onu da iddia edir ki, Sinvarın tutulması və ya öldürülməsi an məsələsidir.

Məqalədə bildirilib ki, HƏMAS-la müharibəni yekunlaşdırmaq üçün İsrailə  ciddi daxili və xarici təzyiqlər var. Ən böyük xarici təzyiqin Ağ Evdən, yəni Baydendən gəldiyi vurğulanıb: “Ağ Ev Netanyahuya təzyiq edir. Prezident Baydenin gündəliyinin hərbi taktikada və ya beynəlxalq hüquqda heç bir əsası olmadığı halda, ABŞ prezidenti gündəliyindən asılı olmayaraq ultimatum təqdim etdikdə, dünya onu dinləyir”.

İsrail qəzeti Baydenin yenidən prezident seçilmək üçün bu addımları atdığını iddia edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR