İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin taleyini dəyişəcək sammit: NATO Ukrayna üçün çoxmillətli ordu qurur

Ukrayna üçün yeni mərhələ: “Könüllülər koalisiyası” Brüsseldə toplanır

Aprelin 10-da NATO-nun Brüssel qərargahında “könüllülər koalisiyası” formatında müdafiə nazirlərinin ilk görüşü keçiriləcək. Bu formatda keçiriləcək iclasda məqsəd Ukraynada uzunmüddətli sülhün təmin edilməsinə dəstək verməkdir.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyindən “Azadlıq Radiosu”na məlumat verilib.

Məlumata görə, iclas Böyük Britaniya və Fransa hərbi rəhbərlərinin ötən həftə sonu Kiyevə etdiyi səfərdən sonra təşkil olunur. Britaniyanın müdafiə naziri Con Hili və onun fransalı həmkarı Sebastyan Lekornü Brüsseldə təxminən 30 ölkənin nümayəndəsini qəbul edəcək. Görüş zamanı Ukraynaya dəstək məqsədilə çoxmillətli yardım qüvvələrinin formalaşdırılması ilə bağlı əməliyyat müzakirələri aparılacaq.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bəyan edib ki, iclaslar “hər bir ölkənin imkanlarının Ukraynanın uzunmüddətli müdafiəsi və təhlükəsizliyi üçün ən yaxşı şəkildə necə səfərbər edilə biləcəyinə” fokuslanacaq.

Qeyd edək ki, aprelin 11-də – yəni ertəsi gün, Böyük Britaniya və Almaniyanın rəhbərliyi ilə “Ramştayn formatı” çərçivəsində daha geniş – 50 ölkənin müdafiə nazirlərinin iştirakı ilə növbəti görüş keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR