İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin həlledici dövrü nə vaxt gəlib çatacaq? - Kəşfiyyat açıqladı

"Bu payız Rusiya-Ukrayna savaşında həlledici dövr olacaq. Qış dövrü çətin keçəcək, lakin Ukraynanın planlaşdırdığı tədbirlər uğurlu olmalıdır".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski jurnalistlərlə söhbətində bildirib.

"Həlledici dövr payızda baş verəcək. İqlim şəraitindən danışsaq, bu, sentyabr-oktyabr aylarıdır. Sonra qış gələcək, lakin döyüşlər davam edəcək. Burada əsas faktor Rusiya tərəfindən daxili sabitliyimizi pozmaq üçün istifadə olunacaq enerji resursları amilidir. Bunun fonunda onlar bir sonrakı baharda güclü döyüş əməliyyatlarına hazırlaşacaqlar", - kəşfiyyat nümayəndəsi qeyd edib.

Skibitskinin sözlərinə görə, işğalçılar Ukrayna ərazilərini atəşə tutmaq, əhalini gərginlikdə saxlamaq, Ukrayna ordusunun qüvvə və vasitələrini başqa istiqamətə yönəltmək üçün öz taktiki qruplarını Sumı və Çerniqov vilayətləri ilə sərhədlərdə saxlamaqda davam edəcəklər.

Vadim Skibitski Ukraynanın planlaşdırdığı tədbirlərin uğurlu olacağına və Rusiyanın həm növbəti işğal, həm də Donetsk bölgəsi ilə bağlı planlarını puça çıxaracağına ümid etdiyini bildirib:

"Resurslarımızın kifayət qədər olmamasına rəğmən, xaricdən hərbi yardım alırıq və buna uyğun əməliyyatlar planlaşdırırıq. Biz onların komanda məntəqələrini, silah-sursat anbarlarını, canlı qüvvəsini vurmuşuq. Üstəlik, rus qoşunlarının əhval-ruhiyyəsi fevraldakı hücumdan bu yana mənfiyə doğru dəyişib".

Ukrayna kəşfiyyatının nümayəndəsi Rusiya Federasiyasının fevral ayından hərbi əməliyyatlarda iştirak edən bəzi bölmələrinin şəxsi heyətinin hazırda sadəcə 30 faizinin qaldığını vurğulayıb. Bundan başqa, Vadim Skibitski əlavə edib ki, Moskva müqaviləli hərbi xidmət və könüllülərin orduya qəbulu prosesini həyata keçirə bilmir. Bununla bağlı planların sadəcə 50 faizi icra olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR