Onlayn ictimai-siyasi qəzet
Ukrayna Hərbi Kəşfiyyatı müharibədə həlak olmuş 28 yaşlı Yeni Zelandiyalı döyüşçü Dominik Abelen (kod adı "Tolkien") ilə vida mərasimindən görüntüləri yayımlayıb.
Musavat.com xəbər verir ki, Abelen İraq müharibəsi zamanı döyüş təcrübəsi olan peşəkar hərbçi olub.
2022-ci ildə Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra o, Ukraynaya gəlib və Ukrayna Hərbi Kəşfiyyatının Beynəlxalq Legionuna qoşulub. Əvvəlcə hərbi təlimatçı sonra pulemyotçu olub. Yeni Zelandiyalı döyüşçü 2022-ci ilin avqustunda Donetsk vilayətinin Uqledar bölgəsində həlak olub, lakin onun nəşi yalnız bu yaxınlarda Ukrayna tərəfinə təhvil verilib.
Kiyevdə keçirilən vida mərasimində Abelenin döyüş yoldaşları Maori xalqının ənənəvi ritual rəqsi olan "Haka"nı ifa ediblər.
Musüavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ