Onlayn ictimai-siyasi qəzet
Əmək müqaviləsi olmadan işçi çalışdırdığı üçün cərimə olunan “Miral” MMC-nin dorektoru növbəti dəfə cərimələnib.
Musavat.com xəbər verir ki, dərman pereparatlarının satışı ilə məşğul olan MMC-nin direktoru Elmir Aslanlı əmək müqaviləsi olmadan işçi işlətdiyi üçün İnzibati Xətallar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3500 manat cərimə olunub.
Lakin uzun müddət keçsə də cərimə vəzifəli şəxs tərəfindən ödənilməyib. Bu səbəbdən onun barəsində daha bir inzibati cərimə tərbiq edilib. Bu dəfə Elmir Aslanlı 1500 manat cərimə edilib.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ