Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Robert Uitkoff arasında keçirilən görüş konstruktiv və məzmunlu atmosferdə keçib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakovun sözlərinə görə, danışıqlar zamanı iki əsas mövzu müzakirə olunub: Ukrayna böhranı və Rusiya ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri.
Kreml rəsmisi qeyd edib ki, görüşün təfərrüatları hələlik açıqlanmayacaq, çünki ABŞ prezidenti Donald Tramp görüş barədə məlumatlandırılmayıb. Uşakov əlavə edib ki, Tramp məlumatlandırıldıqdan sonra danışıqların detalları ictimaiyyətə açıqlanacaq.
Musavat.com
07 Avqust 2025
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ