İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə cinayəti törədən xarici ölkə vətəndaşları axtarışa verilib 

"İstintaq olunan cinayət işi çərçivəsində sosial şəbəkələrdə erməni hərbi-siyasi rəhbərliyinin açıq terror çağırışları, terrorla bağlı bəyanatları əməliyyat orqanlarımız tərəfindən fiksə edilib".

Musavat.com xəbər verir ki, bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

"Hərbi hissə komandirləri, qondarma qurumun bütün səlahiyyətli şəxsləri barəsində məlumatlar fiksə edilib. Onlarla bağlı istintaq orqanları qərarlar qəbul edib. Azərbaycan hazırda bu şəxslərin qanun qarşısında cavab vermələri üçün əlindən gələni edir. Həmin şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri tələb edilir. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq qanunlarının tələbləri əsasında məsuliyyətə cəlb olunacaqlar. Biz bununla bağlı 44 günlük müharibə dövründə də məlumat vermişdik. İstintaq orqanları tərəfindən muzdlu şəxslərin şəxsiyyətləri müəyyən edilib. Onlar arasında Rusiya, Gürcüstan, İran vətəndaşları var. Əməliyyat yolları ilə müəyyənləşdirilən şəxslərin bəziləri axtarışa verilib. Bu istiqamətdə işlər davam etdirilir. Onlar ümid edirlər ki, zaman keçəcək, unudulacaq. Lakin bu, belə deyil. Bu, müharibə cinayətidir, unudula bilməz. Bizim istəyimiz odur ki, beynəlxalq ictimaiyyət bizə qarşı təzyiq etdikləri kimi, təqsirli şəxslərə də təzyiq göstərsin. Törədilən bütün əməllərə hüquqi qiymət verilsin", - İ.Səfərov bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR