İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə başlayandan ruslar Ukraynanın 30 merini oğurlayıb

Müharibə başlayandan bəri Rusiya işğalçı qüvvələri Ukrayna şəhərlərinin 30 merini oğurlayıb.

Bu barədə Kiyev meri Vitali Kliçko “Spiegel”ə müsahibəsində deyib. Kliçko onlardan 7-si barədə hələ də xəbər alınmadığını qeyd edib.

“Merlər hər yerdə hədəf idi. Rusiyalılar merləri həbs etməyə və onları əməkdaşlığa məcbur etmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışıblar”.

Kliçkonun sözlərinə görə, hökumət yerli məmurlara potensial işğal halında şəhərlərini tərk edib-etməmələri barədə dəqiq cavab verməyib. O əlavə edib ki, ukraynalılar özləri belə bir qərar qəbul etməli olublar.//AzVision.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR