İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Rəhim Rəhimli VƏFAT ETDİ

Müğənni Rəhim Rəhimli vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev özünün instaqram hesabında məlumat yayıb.

İfaçının prodüseri Həmzə Məmmədlinin sözlərinə görə, son zamanlar sənətçinin ürəyində problem yaranıb. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Bir sıra məşhurlar sənətçinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. Azərbaycanlı bəstəkar, müğənni, aktyor 2006-cı ildən səhnədə idi.

Ekstravaqant tərzi ilə diqqət çəkən sənətçi, çoxsaylı klipləri və mahnıları ilə tanınır. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” kanalının direktoru işləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR