İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni nazirliyə müraciət etdi

"Elm və Təhsil Nazirliyinə müraciət edirəm: Övladları rus bölməsində oxuyan valideynlər mənə dəstək olarlar. Elə uşaqlar var ki, tam rusdillidir, heç Azərbaycan dilini bilmir. Bacımın övladı altıncı sinifdə oxuyur. Soruşuram ki, dərs necədir? Deyir ki, Azərbaycan tarixi kitabı sırf Azərbaycan dilindədir. Uşağa çox çətindir, oxuya bilmirlər".

Musavat.com bildirir ki, bu sözləri müğənni Elnur Məmmədov sosial şəbəkədə yaydığı videomüraciətində deyib.

Müğənni ölkədə rus bölməsində təhsil alan şagirdlərin dərsliklə bağlı çətinliyi olduğunu bildirib:

"Şagirdlərin Azərbaycan tarixi dərsindən qiymətləri aşağıdır. Rus bölməsi üçün çətindir. Biz bizim tarixi bir neçə dildə yaymalıyıq. Bizim üçün önəmlidir. Elm və Təhsil Naziriyi Azərbaycan tarixini rus dilində təqdim etsin. Hətta uşaq deyir ki, xaricdə yaşayan uşaqlar belə məktəbdən oxuya bilmədikləri üçün çıxıblar".

WhatsApp Image 2023-10-05 at 20.40.33.jpeg (342 KB)

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR