Onlayn ictimai-siyasi qəzet
"Elgizlə İzlə" verilişinin son buraxılışı maraqlı anlarla yadda qalıb. Müğənni Emrahın keçmiş həyat yoldaşı Sibel Kirer proqrama qonaq olub. Aparıcı Elgiz Əkbər bu barədə sosial şəbəkə hesabında paylaşım edib və Sibelin görüntülərini yayımlayıb.
Sibel Kirer 2014-cü ildə Emrahla evlənib. Cütlük 2020-ci ildə boşanma prosesinə başlayıb və 2022-ci ildə rəsmi olaraq ayrılıblar. Onların iki övladı var. Məhkəmə qərarına əsasən, Emrah keçmiş həyat yoldaşına hər ay 30 min lirə aliment ödəyir. Rəsmi sənədlərdə isə müğənninin aylıq gəlirinin 400 min lirə olduğu qeyd edilib./Yenisabah.az
09 Mart 2025
08 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ