Onlayn ictimai-siyasi qəzet
Müğənni Aysun İsmayılova ana olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Aysunun müğənni anası Rəqsanə İsmayılova “Tarixin bir günü” verilişinə açıqlaması zamanı deyib.
O, proqramın canlı efirinə zəng edərək məlumatı təsdiqləyib.
Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) “Rəqsanə, altı-yeddi aydan sonra nənə olacaqsan?” sualına müğənni belə cavab verib:
“Dedim qızıma ki, məni qocaltma. Çox gözəl hissdir. Aysunla fəxr edirəm. Namusu, tərbiyəsi, qabiliyyəti, mədəniyyəti ilə özü-özünün yerini tutub, saxlayıb”.
Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib.
Ətraflı süjetdə:
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ