İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimi Milli Qəhrəman Natiq Qasımovdan DANIŞDI

Təhsil aldığı məktəb bundan sonra Milli Qəhrəman Natiq Qasımovun adını daşıyacaq. Söhbət Mingəçevir şəhərində yerləşən 4 saylı orta məktəbdən gedir.

Bu barədə Baku TV-nin süjetində deyilir.

Məktəbin direktoru Zaur Müseyibov baş nazirin imzaladığı sərəncamın onları qürurlandırdığını deyib.

"Bizim üçün fəxrdir, 30 ildən sonra Prezidentimizin fərmanı ilə Natiq Qasımova Milli Qəhrəman adı verildi. Biz bununla qürur duyuruq. Bir neçə gün bundan qabaq baş nazirimizin imzaladığı sərəncamla məktəbimizə Milli Qəhrəmanın adının verilməsi bizi daha da duyğulandırdı və sevindirdi. Artıq bizim qarşımızda duran əsas məsələ şagirdlərimizə belə bir qəhrəmanı tanıtmaq, Natiq Qasımov kimi yetişdirilməsini təmin etməkdir", - deyə o bildirib.

Qeyd edək ki, Natiq Qasımov 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı həlak olan Natiq mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Onun təslim olmayacağını anlayan ermənilər Natiqin qarşısına "əsirləri güllələyəcəyik" şərtini qoyurlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan qəhrəman kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Kilsədən böyük bir dəstənin çıxacağını gözləyən düşmən oradan əlində bayraq bir əsgərin çıxdığını görəndə azğınlaşıb. Natiq Qasımov əsir götürülüb.

Qeyd edək ki, Natiq haqda çəkilən filmdə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR