İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu: “Bu gedişlə Ukraynada münaqişə onilliklərlə davam edə bilər”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynada vəziyyət onilliklər boyu uzana biləcəyini söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə o, “Anadolu” agentliyi məlumat yayıb.

“Bizim fikrimizcə, Rusiya Federasiyası ilə Ukrayna arasında müharibə bu və ya digər şəkildə döyüş meydanındakı hansısa tərəfin uğuru nəticəsində deyil, danışıqlar masası arxasında başa çatacaq”, - deyə Çavuşoğlu Ankarada Türkiyənin xarici siyasəti ilə bağlı konfransda çıxış edərkən deyib.

Türkiyə diplomatiyasının rəhbərinin sözlərinə görə, Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasındaöncə Antalyada, daha sonra İstanbulda keçirilən təkbətək görüşlərdən sonra atəşkəs əldə etməyə yaxın olublar, lakin daha sonra tərəflər dialoqdan uzaqlaşmağa üstünlük verib.

“Bu gün şərtlər mart ayında olanlardan ciddi şəkildə fərqlənir. Yeni reallıqlar var. Vəziyyət daha mürəkkəbdir, lakin biz ümidimizi itirməməliyik”, deyə nazir söyləyib.

Mövlud Çavuşoğlunun fikrincə,, Ukraynada hərbi yola üstünlük verilməsi halında, “müharibənin onilliklər boyu uzanması riski var”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR