İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın küçələrinin birinə Heydər Əliyevin adı veriləcək - VİDEO

Rusiya paytaxtı Moskvanın küçələrinin birinə ümummilli lider Heydər Əliyevin adının verilməsi təklif olunub.

Bu təkliflə Azərbaycan Milli Məlcisinin deputatı Emin Hacıyev çıxış edib.

Millət vəkili təklifini dekabrın 8-də Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci iclasında səsləndirib.

O, 2023-cü ilin Heydər Əliyev İli olduğunu xatırlayaraq bildirib: “Bu gün Rusiyada Heydər Əliyevi hörmətlə anırlar və xatırlayırlar. Axı Heydər Əliyev ən məhsuldar illərində Moskvada yaşayıb-yaradıb. Fürsətdən istifadə edib Heydər Əliyevin adının Moskvadakı küçələrdən birinə verilməsi təşəbbüsü ilə çıxış etmək istərdim”.

Rusiya tərəfi deputatın təklifinin diqqətə alınaraq həllini tapacağını söyləyib.
Politoloq Sergey Markov təşəbbüsü Baku TV-yə şərh edərkən deyib ki, bu, çox yaxşı ideyadır:

“Əminəm ki, təşəbbüs Moskva meri Sobyanin və paytaxt hökuməti, eləcə də Rusiya ictimaiyyəti tərəfindən dəstəklənəcək. Heydər Əliyev Moskvada çox işləyib və bütün ölkə üçün çalışıb”.

Daha ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR