İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın keçmiş baş ravvini yəhudiləri Rusiyanı tərk etməyə çağırıb

Rusiyanın paytaxtı Moskva şəhərinin keçmiş baş ravvini Pinxas Qoldşmidt yəhudiləri Rusiyanı tərk etməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, Ukraynadakı müharibənin gətirdiyi çətinliklərə görə yəhudilərin “günah keçisi” elan ediləcəyini söyləyib.

“Rusiya tarixinə nəzər salsanız görə bilərsiniz ki, ölkənin siyasi sistemi təhlükədə olanda hökumət kütlələrin qəzəbini və narazılığını yəhudi icmasına yönəltməyə çalışıb. Bu, çar rejimində də belə olub, Stalin dövründə də”,-deyə Qoldşmidt “The Guardian” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyada “Rusiya yeni tip Sovet İttifaqına qayıdır və dəmir pərdə ağır-ağır yenidən enir”, ölkədə antisemitizm güclənir.

“Ona görə də mən hesab edirəm ki, rus yəhudiləri üçün ən yaxşı variant oranı tərk etməkdir”, - deyə ravvin bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR