Onlayn ictimai-siyasi qəzet
Moskvanın şimal-qərbindəki 29 mərtəbəli yaşayış kompleksində partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu - red.) batalyonunun yaradıcısı, "dxr"in "boks federasiyası"nın prezidenti Armen Naqapetoviş Sərkisyanın mühafizəçisi olduğu bildirilib.
Armen Sərkisyan isə ağır yaralanıb.
Bu barədə TASS operativ xidmətlərə istinadla məlumat yayıb.
“Sərkisyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun mühafizəçisi ölüb”, - məlumatda qeyd olunub.
Rusiyanın Volqoqrad vilayətindəki neft emalı zavoduna PUA hücumu edilib.
Bu barədə Volqoqrad vilayətinin rəhbəri Andrey Boçkarev məlumat yayıb. “PUA-ların böyük qismi zərərsizləşdirilib. Xəsarət alan yoxdur. PUA-ların qalıqlarının düşməsi nəticəsində neft emalı zavodunun ərazisində yanğın baş verib”, - Boçkarev bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirəyə Ukraynadan polkovnik Elxan Nuriyev qatılacaq. Tamaşaçılarımız da sual verə bilərlər.
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ