İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir? - FOTOLAR

Xəbər verildiyi kimi, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov 11 şübhəlinin saxlanıldığı barədə Putinə məruzə edib.

Musavat.com xəbər verir ki, onlardan biri 19 yaşlı Məhəmmədsobir Fayzovdur.

MUHAM.jpeg (190 KB)

Ancaq belə bir adamın Rusiyada terrorçuların məlumat bazasında olmadığı üzə çıxıb. Bu, ya onun Rusiyaya çox yaxınlarda gəldiyini, ya da soyadının və ya adının səhv verildiyini göstərir.

TACIK.jpeg (98 KB)

Xatırladaq ki, terrorçu olduğu güman edilən şəxslərin avtomobili Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında tapılıb. Deputat Aleksandr Xinşteynin yazdığı kimi, avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə dayanmayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil aşıb. Terrorçu olduğu güman edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Axtarış zamanı təxminən saat 3:50-də ikinci şübhəli aşkar edilərək saxlanılıb. “Renault” markalı avtomobildə “Makarov” tapançası (PM), AKM avtomatı üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları tapılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR