İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada ETİRAZ MİTİNQİ – Qaqauziya rəhbərinə dəstək - VİDEO

Moskvanın mərkəzində, Moldovanın səfirliyi qarşısında Qaqauziya muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun azad olunması tələbi ilə etiraz mitinqi keçirilir.

Musavat.com xəbər verir ki, Yevgeniya Qutsul Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinə müraciət edərək, Moldova hakimiyyətinə təzyiq göstərməyi və onun tezliklə azadlığa buraxılmasını təmin etməyi xahiş edib.

Qutsulun həbsinə səbəb nədir?

Daha əvvəl Yevgeniya Qutsul Kişinyov hava limanında saxlanılıb və 72 saatlıq həbs edilib. Onun ölkədən çıxışına qadağa qoyulduğu üçün İstanbula şəxsi səfəri baş tutmayıb. Qaqauziya rəhbəri ona qarşı irəli sürülən ittihamları "absurd və siyasi motivli" adlandırıb.

Moldovanın "noi.md" xəbər portalının məlumatına görə, Qutsul (Moldovada qadağan olunmuş "Şor" partiyasının keçmiş baş katibi) və həmin partiyanın sədr müavini Marina Tauber 2022-ci ilin payızında Kişinyovda keçirilən etiraz aksiyalarının qanunsuz maliyyələşdirilməsində ittiham olunur.

İstintaq iddia edir ki, onlar Rusiyadan mütəmadi olaraq ölkəyə vəsait gətirərək siyasi fəaliyyətlərini maliyyələşdiriblər.

Yeni video sübutlar ortaya çıxıb

Mart ayının əvvəlində Moldova hüquq-mühafizə orqanları Qutsul və Tauberin günahını sübut etdiklərini iddia etdikləri video materialları təqdim ediblər.

"Noi.md" portalının məlumatına görə, videoda Marina Tauber 2022-ci ildəki etiraz aksiyalarına insanları gətirməyi tapşırır və "aksiya sonuna qədər qalmayanların pul almayacağını" bildirir.

Moldovanın Korrupsiya ilə Mübarizə Milli Mərkəzi Quțsulun saxlanılmasını 2023-cü ildə ona qarşı açılmış cinayət işində yeni faktların üzə çıxması ilə əlaqələndirib. O, Moldovada ləğv edilmiş "Şor" partiyasının qanunsuz maliyyələşdirilməsində ittiham edilir.

@@TVmusavat/111644@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR