İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva vilayətində miqrantlar bu işlərlə məşğul ola bilməyəcək

Gələn ildən Rusiyanın Moskva vilayətində bəzi sahələrdə miqrantların işləməsinə məhdudiyyət qoyulacaq.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən məsələ Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun region və bələdiyyə rəhbərləri ilə görüşündə müzakirə edilib.

Moskva vilayəti hökumətinin sədr müavini Nataliya Maslenkinanın sözlərinə görə, regionda üç il ərzində ticarət sahəsində xarici işçi qüvvəsi ilə bağlı şikayətlərin sayı artıb. Bildirilib ki, hazırda vilayətdə spirtli içki və siqaret satışı ilə məşğul olan pərakəndə mağazalara xarici işçi qüvvəsinin cəlb edilməsində məhdudiyyətlər mövcuddur.

Maslenkina, bununla yanaşı, miqrantların küçələrdə yemək satışı, idman, məşğulluq, istirahət, səhiyyə, sosial xidmətlər və təhsil kimi sosial istiqamətlər üzrə işləməsini məhdudlaşdırmağı təklif edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR