İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Kiyevi Moldovanın Dnestryanı bölgəsinə hücuma hazırlaşmaqda ittiham edib

Rusiya Müdafiə Nazirliyi Ukraynanı Dnestryanına hücum hazırlığında ittiham edib.

Rusiya MN-dən bildirilib ki, Kiyev rejimi Dnestryanını işğalı ilə bağlı təxribat hazırlığını gücləndirib.

MN-dən o d bildirilib ki, hazırda Ukrayna-Dnestryanı sərhədi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və hərbi texnikasının əhəmiyyətli dərəcədə toplanması müşahidə olunur.

“Rusiya Federasiyasının silahlı qüvvələri Ukrayna tərəfinin Dnestryanıda gözlənilən təxribatına adekvat cavab verəcək. Kiyev rejiminin Dnestryanıda planlaşdırdığı təxribatın həyata keçirilməsi Rusiya sülhməramlı kontingenti üçün təhlükə yaradır”, deyə Rusiya MN-nin yaydığı məlumatda qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR