İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Azərbaycana və Orta Asiya republikalarına “cəza kəsmək” istəyir

Dövlət Dumasının deputatı: “Pul köçürmələrin qarşısını almaq, 10 min miqrantı vətənlərinə geri qaytarmaq və ya onların işlədikləri bazarları bağılamaq lazımdır”

“Postsovet məkanında Rusiyanın Mərkəzi Asiya və Qafqaz respublikaları ilə münasibətlərini ciddi şəkildə çətinləşdirən problem yaranıb. Söhbət xüsusi hərbi əməliyyatda iştirak etmiş keçmiş sovet respublikalarının vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunmasından gedir”.

Musavat.com xəbər verir ki, bu sensasion iddia barədə “Svobodnaya pressa” yazıb.

Bildirilir ki, Rusiya tərəfdən vuruşduğuna görə onları 7 ildən 10 ilə qədər həbs gözləyir, bütün qazancları müsadirə olunacaq.

“Belə hallar Qazaxıstan, Qırğızıstan və Azərbaycanda qeydə alınıb” deyə, “SP” yazsında iddia edilib. Bildirilir ki, Cənubi Qafqazda və Mərkəzi Asiyanın keçmiş postsover tespublikalarında anti-Rusiya əhval-ruhiyyəsi artıb.

Bəs bu mövqeyə Rusiyanın cavabı nə olacaq? Sadələşdirilmiş vətəndaşlığın ləğvi, vizasız rejimin ləğvi, pul köçürmələrinin bloklanması, kütləvi deportasiya və miqrantların nəzarətində olan bazarların bağlanması mümkündürmü?

Bu və digər suallara “Rəy” verilişində Dövlət Dumasının regional siyasət komitəsinin sədr müavini Mixail Matveyev cavab verib. Müzakirələrdə aparıcı deyib ki, “Rusiya evi” nin bir neçə əməkdaşını Qırğızıstan vətəndaşlarını Ukraynada xüsusi hərbi əməliyyata cəlb etmək(ələ almaq)ittihamı ilə həbs ediblər. Qazaxıstanda isə Ukrayna döyüşlərində Rusiya tərəfdən müqavilə əsasında döyüşən vətəndaşını ölkəyə qayıtdıqdan sonra həbs ediblər. (Azərbaycan haqda da belə iddia səslənsə də, onu sübut edəcək heç bir fakt səslənməyib). Ona 7 il iş kəsilib və döyüşlərdə iştirak etdiyi üçün aldığı bütün pulları müsadirə ediblər. Mixail Matveyenko öncə Rusiyanın Qazaxıstanda hərbi çevrilişin qarşısını almasını yada salıb, digər Mərkəzi Asiya respublikalarına da ciddi iqtisadi dəstəyi olduğunu qeyd edib.

Onun dediyinə görə, Mərkəzi Asiya həmişə Böyük Britaniyanın maraq dairəsində olub. Qazaxıstanın bir neçə gün əvvəl Britaniya ilə hərbi sahədə müqavilə imzalamasını yada salan Dumanın deputatı istisna etməyib ki, Qazaxıstan gələcəkdə NATO-ya üzv də ola bilər. Deputat deyib ki, Mərkəzi Asiya respublikaları minnətdarlıq əvəzinə Rusiyanı işğalçı kimi qələmə verirlər. İddia edib ki, bu respublikalarda nəzərə çarpacaq dərəcədə artan anti-Rusiya addımları guya Qərbə mesajdır. Guya “Rusiya evi”ni bağlamaqla, Ukrayna müharibəsi iştirakçılarına muzdlu ittihamı ilə cinayət işi açmaqla Qərbə Rusiya ilə məsafəli olduqlarını göstərmək istəyirlər. Özbəkistan və Qırğızıstanın Rusiya səfirlərinə vətəndaşlarına qarşı sərt münasibətinə görə nota verməsi də belə anlaşılır ki, Moskvanın xətrinə dəyiblər.

Dumanın deputatı deyib ki, Cənubi Qafqazda da oxşar proses gedir, belə ki, Azərbaycan da “Rus evi”ni bağlayıb, Ermənistan isə ümumiyyətlə, Rusiya ilə hesablaşmır. O, Rusiya hakimiyyətinin assimetrik və qeyri-populyar cavablar verməyə çağırıb. Məsələn, o deyib ki, miqrantların öz vətənlərinə pul köçürmələrin qarşısını almaq, 10 min miqrantı vətənlərinə geri qaytarmaq və ya onların işlədikləri bazarları bağılamaq barədə düşünmək lazımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR