Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 27-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvanı bürüyən duman səbəbindən azı 9 reys təxirə salınıb.
Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, paytaxt hava limanlarının onlayn tablosuna əsasən, Şeremetyevoda iki reys, Domodedovoda üç reys gecikib, daha biri ləğv edilib. Vnukovoda dörd reys gecikir, Jukovskidə isə bir reys təxirə salınıb.
Eyni zamanda, səhər saat 7:50-də (Bakı vaxtı ilə 8:50-də) Rusiya paytaxtında azı 17 reys gecikib.
Bu gün səhər saatlarından Moskvanın bir sıra rayonlarını güclü duman bürüyüb.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ