İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moped sürənlər təhlükə yaradır" - Tolik

"Gənc və iş tapa bilməyənlər kuryer kimi çalışır. Hər zaman onların yanında olmuşam. Son zamanlar moped sürənlərin özləri öyrənir, kurs yoxdur. Bu da piyadaları və maşın sürənləri qəzəbləndirir. Bəzən bahalı maşın sürənlər onların üstünə gəlir. Bu, pisdir”.

Musavat.com xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial şəbəkədə yayımlayıb. O, moped sürənlərin təhlükəli vəziyyət yaratmasından gileylənib: 

"Bir neçə gündür görürəm ki, bir çox gənc bilərəkdən qayda pozur, qəza yaranmasına şərait yaradırlar. Böyük problemlərə səbəb olurlar. Bu, təkcə sürücülərin arasında yox, piyada keçidində də rast gəlinir. Polis onları saxlayanda, aparıb cəza verəndə səs-küy salırlar. Bu gün başıma gələni çəkmədim, amma günahkar idi. Ölümlə nəticələnə bilərdi. Diqqətli olun".

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR