İnsanlara hürriyət, millətlərə istiqlal!

Monqolustanın “neft” fondundan əhaliyə pul paylanacaq: Qanun qüvvəyə minir

Monqolustanın Milli Rifah Fondu (NWF) haqqında qanunun tətbiqi hər bir vətəndaş üçün NWF-dən formalaşan əmanət fondundan vəsaitlərin qeydiyyata alınacağı şəxsi hesabın açılması ilə başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Monqolustan hökuməti administrasiyasının rəhbəri Daşzeqvin Amarbayasqalan məlumat verib:

“Gələn həftə hər bir Monqolustan vətəndaşına Milli Rifah Fondunun əmanət fondundan vəsaitlərin qeydiyyata alınacağı şəxsi hesab açacaq, Mərkəzi Bank və Maliyyə Nazirliyi hər bir vətəndaşa ayrılacaq nağdsız məbləğin həcmini müəyyən edəcək”.

Monqolustanda qəbul edilmiş “Milli Rifah Fondu haqqında” qanunda nəzərdə tutulub ki, ona daxil olan əmanət fondu səhiyyə, təhsil və mənzil proqramlarının dəstəklənməsi üçün istifadə olunur. Bunun üçün pul dövlətə məxsus mədən şirkətlərinin dividendlərindən toplanacaq. Qanunla onlar əldə etdikləri gəlirin 34 faizə qədərini Milli Rifah Fonduna yatırırlar.

Monqolustan Milli Rifah Fonduna üç fond daxildir: gələcək miras, əmanət və inkişaf. Birincisi, beynəlxalq maliyyə bazarı alətlərinə investisiya qoymaqla gələcək nəsillər üçün vəsait toplayır. Ölkənin iri layihə və proqramları İnkişaf Fondundan maliyyələşdiriləcək.

Milli Rifah Fonduna vəsaiti keçmiş Rusiya-Monqolustan mədən və emalı zavodu “Erdenet” (Asiyanın mis və molibdenin hasilatı və zənginləşdirilməsi üzrə ən böyük müəssisələrindən biri), eləcə də eyniadlı iri mis yatağı və mis konsentratının ixracatçısı olan “Oyu Tolqoi” şirkəti ödəyəcək.

Dövlət səhmdar cəmiyyəti olan “Erdenes Tavan Tolgoi”, təxminən 7 milyard ton xammal ehtiyatı olan ən böyük kömür yataqları qrupuna sahibdir. 2012-ci ildə bu şirkətin səhmlərinin bir hissəsi təbii ehtiyatların payı kimi ölkənin 2,5 milyon sakini arasında pulsuz paylanıb. 2012-ci ildən sonra doğulan, demək olar ki, 1 milyon insan artıq 31 yanvar 2024-cü ildən bu qiymətli kağızlar üzrə dividendlər alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR