İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi BUNU DA ETDİ - Qadınlar kameralarla izlənəcək və...

İranda rejim geyimi İslam qaydalarına uyğun olmayan qadınlara münasibəti sərtləşdirir.

Musavat.com xəbər verir ki, polisin rəsmi mətbuat orqanları və ədliyyə sisteminə bağlı olan "Mizan" saytının məlumatına görə, bundan sonra ictimai yerlərdə və küçələrdə yerləşdirilən kameralar vasitəsilə qadınların hicab taxıb-taxmaması izlənəcək.

Hicab qaydalarına əməl etmədiyi aşkarlanan qadınların telefonlarına ala biləcəkləri cəzalar barədə məlumatların yer aldığı xəbərdarlıq mesajı göndəriləcək.

Polis həmçinin mağaza sahiblərini “sosial normalara” əməl etməyə diqqət yetirməyə çağırıb.

Digər tərəfdən, İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla tələbə qız zəhərlənərək xəstəxanaya yerləşdirilib. Ölkədə indiyədək 5 mindən çox tələbənin zəhərlənməsi ilə nəticələnən hallar Novruz tətlinin bitməsi ilə yenidən başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR