İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimi 38 gündə 165 nəfəri edam edib- DƏHŞƏTLİ STATİSTİKA  

Ümummilli etirazların qurbanlarından biri, siyasi məhbus və Puya Bəxtiyarinin atası Mənuçöhr Bəxtiyari əlaqə, ziyarət qadağası və tibbi yardım göstərilməməsinə etiraz olaraq Qəzvin həbsxanasında aclıq aksiyasına başlayıb.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə Qum xəstəxanasının həbsxanasında məhkum 37 yaşlı Hürrəddin Şükri qətldə ittiham edildiyinə görə, ölüm cəzasına məhkum edilib.

Son 65 gündə isə 138 məhkum edam edilib.

Son ümumxalq etirazlarında öldürülən Həmidrza Ruhinin atası Əli Ruhi həbs olunub. O, oğlunun ad günü münasibətilə etiraz aksiyaları keçirildikdən sonra saxlanılıb. Mərhumun bibisinin həyat yoldaşı da həbs edilib. Məlumata görə, Həmidrza Ruhinin anası, bacısı və qardaşı da telefonla polisə çağırılıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR