Onlayn ictimai-siyasi qəzet
Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının cüdo yarışlarını bürünc medalla başa vuran Adil Osmanov deyib.
Əslən azərbaycanlı olan Moldova təmsilçisi Paris olimpiadasında ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:
"Mənim qalib gəlməyimi istəyən hər kəsə öz təşəkkürümü bildirirəm. Yarışdan öncə üzərimdə böyük məsuliyyət var idi. Çünki həm Azərbaycan, həm də Moldova xalqı məni dəstəkləyirdi. Ən çətin yarışlarımdan birini keçirdim. Görüşdən bir gün əvvəl özümü halsız hiss edirdim və gecəni yata bilməmişdim. Narahat olmayım deyə həkimlər 40 dərəcə temperaturumun olduğunu söyləməmişdilər. Düşünürdüm ki, yalnız bir qarşılaşma keçirə bilərəm. Lakin mərhələ adladıqca mənim üçün hər şey asanlaşmağa başladı".
A.Osmanov bu yarışın onun üçün xüsusi önəm daşıdığını söyləyib:
"Ötən il atam vəfat etməmişdən əvvəl istəyirdi ki, mən olimpiadada iştirak edim. Bu onun uşaqlıq arzusu idi. Çox şadam ki, bu reallaşdı və mən yarışı medalsız başa vurmadım. Mən atamın qəbrinizi ziyarət edərkən ona olimpiadada iştirak etdiyimi və bürünc medal qazandığımı söyləyəcəyəm".
Qeyd edək ki, atası azərbaycanlı olan Adil Osmanov Paris-2024-ün cüdo yarışlarının üçüncü yer uğrunda görüşündə Manuel Lombardoya (İtaliya) qalib gələrək bürünc mükafat qazanıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ