İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada kommunist lideri doğradılar

Moldovanın separatçı Dnestryanı bölgəsinin Kommunist Partiyasının lideri Oleq Xorjan öldürülüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının mətbuat xidməti məlumat yayıb.

"Biz Dnestryanı Kommunist Partiyasının lideri, Dnestryanı Ali Sovetin keçmiş deputatı Oleq Xorjanın qətli ilə bağlı xəbər aldıq. Təfərrüatlar araşdırılır", - deyə Rusiya Kommunist Partiyasının bəyanatında bildirilir.

Kommunistlərin rəhbəri Gennadi Züqanov Xorjanın iyulun 17-nə keçən gecə evində öldürüldüyünü bildirib. Moldova mənbələri Xorjanın bıçaqlanaraq öldürüldüyünü qeyd edir. Həyat yoldaşı onu açıq seyfin yanında tapıb. Seyf boş olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR