İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova hakimiyyəti Qaqauz muxtariyyətini ləğv etmək istəyir - İDDİA

Moldovanın mərkəzi orqanları Qaqauz muxtariyyətinin ləğvi prosesinə başlayıb və regionun  rəhbəri Yevgeniya Qutsula qarşı başlanmış cinayət işi də bu ssenarinin tərkib hissəsidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri Qaqauziya Xalq Assambleyasının (NSG) deputatı, müxalifətin “Vozrojdeniye” partiyasının ərazi bölməsinin rəhbəri Aleksandr Dülgər deyib.

Bundan əvvəl qaqauz mediası muxtariyyətin baş prokuroru vəzifəsini icra edən Nikolay Levandovskinin Milli Assambleyanın spikeri Dmitri Konstantinova məktubunun surətini yayıb. Sənəddə deyilir ki, departament iki aktivistin Qutsula qarşı vəzifə səlahiyyətlərini aşmağa dair şikayətinə baxır.

“Prokurorluğun başkanın səlahiyyətlərini aşması ilə bağlı KİV-də dərc olunan ittihamlar tamamilə absurddur. Qutsul Xalq Məclisinin bütün iclaslarında iştirak edirdi... Ona qarşı niyə cinayət təqibinin başlanmasının heç bir izahı yoxdur”, - deyən Dülgər respublikanın mərkəzi orqanlarının Qaqauz muxtariyyətinin ləğvi prosesinə başlaya biləcəyini bildirib.

Bu ilin mayında Qaqauziyanın bütün səviyyəli deputatlarının qurultayı Moldova hakimiyyətini respublikanın qanunlarını muxtariyyət statusuna uyğunlaşdırmağa və onun səlahiyyətlərinin məhdudlaşdırılmasının qanunsuz praktikasına son qoymağa çağırıb.

Bundan əvvəl Qaqauziya Moskvada nümayəndəlik açmaq niyyətində olduğunu açıqlamışdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR