İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Avropya görə Dnestryanı bölgədən vaz keçməyəcək

Moldova rəhbərliyi Avropa İttifaqına inteqrasiya naminə Dnestryanı bölgədən dan imtina etmək niyyətində deyil.

Musavat.com xarici meduaya istinadla xəbər verir ki, bunu Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebrian deyib.

“Bizim mövqeyimiz Aİ-yə inteqrasiya ilə paralel olaraq danışıqlara başlamaqdır. Reinteqrasiya prosesi 100% Avropaya inteqrasiyadan asılı olmayacaq, bu aydındır. Lakin bu, Dnestr sahillərinin birləşməsinə kömək edəcək”, - baş nazirin müavini deyib.

Bundan əvvəl bəzi radikal Moldova siyasətçiləri Dnestryanı bölgədən imtinanın Avropa İttifaqına girişi sürətləndirəcəyi ilə bağlı bəyanatlar səsləndirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR