İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixneviç: Ermənistan Aİ və AİB arasında dəqiq seçim etməli olacaq

Ermənistanın eyni vaxtda həm AB, həm də AİB-də olmaq imkanı olmayacaq, yəni rəsmi İrəvan tamamilə aydın seçim etməli olacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər AİB-nin işgüzar şurasının icraçı katibi və Rusiya Sənayeçilər və Sahibkarlar Bilriyinin (RSSB) icraçı direktoru Sergey Mixneviç tərəfindən səslənib.

Onun sözlərinə görə, mənfi qərar qəbul edilərsə, “itirilmiş” həcmləri kompensasiya etmək problemli olacaq.
Çünki AB ilə daha da yaxınlaşma ilə bağlı qərar qəbul olunarsa, AİB tərəfindən zəruri tarif mühafizəsi tədbirləri tətbiq olunacaq ki, bu da Avrasiya ölkələri ilə ticarətin ciddi şəkildə azalmasına səbəb olacaq.

“Ermənistan iqtisadiyyatının hansı üstünlükləri və potensial itkiləri ola biləcəyinə gəlincə, burada sadəcə bir neçə rəqəm var. Ermənistanın ÜDM-in mütləq dinamikasına nəzər salsaq, görərik ki, 2015-ci ildən ötən ilə qədər 9,5 milyard dollardan 24 milyard dollara yüksəlib. Rəqəmlər özləri üçün danışır. Ermənistanın AİB ilə ticarəti bütün AB ölkələri ilə ticarətindən təxminən 1,8 dəfə çoxdur. Ona görə də biz gözləyirik ki, erməni dostlarımız öz faydaları və potensial riskləri ilə bağlı qiymətləndirmələrə diqqətlə və praqmatik yanaşacaqlar”, - deyə Mixneviç qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR