İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mitinq müxalifəti”nin son patronu - İrəvan bu gün... - SENSASİON DETALLAR

Politoloq: “Paşinyan hakimiyyətinin rusofob siyasətinə baxmayaraq, Rusiya Ermənistandan çıxmaq fikrində deyil, ona görə də...”

Bu gün İrəvanda radikal müxalifət yenidən etiraz mitinqlərinə başlayır. Həm də, deyəsən, bu dəfə daha böyük əzm və ümidlə. Əsas tələb isə dəyişməyib: Paşinyan komandası hakimiyyəti qeyd-şərtsiz getməlidir.

“Əgər Paşinyan öz xoşu ilə gedərsə, biz onun və ailəsinin təhlükəsizliyinə zəmanət veririk”.

Bunu Ermənistanın keçmiş baş naziri, “Birlikdə” hərəkatının üzvü Qrant Baqratyan deyib. O qeyd edib ki, bu günə - fevralın 20-nə təyin olunan mitinq hər kəsə açıqdır. “Bir çoxları artıq qoşulub. Bir çox siyasi qüvvələrlə, o cümlədən "artsax parlamenti"ndə təmsil olunan üç qüvvə ilə ciddi iş aparılıb", - deyə o iddia edib.

Belə görünür ki, “Qarabağ klanı” da fürsət gözləyir və hakimiyyətə qayıtmaq üçün həm də rus süngülərinə ümid edir. Təsadüfi deyil ki, bugünlərdə Rusiyanın hakim “Vahid Rusiya” partiyasının Moskvada təşkil etdiyi “Müstəmləkəçiliyə qarşı: millətlərin azadlığı uğrunda” adlı təsis qurultayına Ermənistandan hakim “Mülki Müqavilə” partiyasını yox, Xocalı canisi Serj Sərkisyanın sədri olduğu radikal müxalifətçi Ermənistan Respublika Partiyası dəvət edilib. Ermənistan nümayəndə heyəti tamamilə rusiyayönlü şəxslərdən - Eduard Şarmazanov, Hayk Mamicanyan və Anna Mkrtçyandan ibarət olub.

Qəribədir, deyilmi? Yəni Moskva bununla açıq şəkildə göstərir ki, Ermənistanda hələ də rusiyayönlü qüvvələrə arxalanır. Təbii ki, bu, ən əvvəl Paşinyana mesajdır.

Maraqlıdır ki, artıq Sərkisyan da “xortlamağa” başlayıb, ölkə daxilində özünü fəal şəkildə təbliğ edir. 

Axırıncı cəhd, sonuncu patron... Radikal-revanşist müxalifətin iqtidar əleyhinə bu dəfə konstitusiya dəyişikliyi bəhanəsi və Rusiyanın açıq dəstəyi də daxil olmaqla, öz ətrafına daha çox etirazçı toplamaq şansı necədir? Ermənistan qarışa bilərmi? Moskva həqiqətənmi Nikolla bağlı  “düyməyə” basıb?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov 

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda radikal müxalifət yenidən xalqı meydanlara çıxartmağa və Paşinyan hakimiyyətini devirməyə çalışır: “Xüsusilə radikal müxalifət son vaxtlar Ermənistan hakimiyyətinin  konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı səsləndirdikləri açıqlamalardan sonra bu mövzudan daha çox istifadə edir və çalışır ki, hakimiyyətə qarşı narazı olanların sayı çoxalsın. Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşmağa və Qərbə inteqrasiya olunmağa çalışır. Ona görə Qarabağdakı məğlubiyyətinə görə də Rusiyanı günahlandırır və Rusiyanın təmsil olunduğu təşkilatlardan uzaqlaşmağa çalışır. O cümlədən son vaxtlar Rusiyaya qarşı açıqlamaların verilməsi də adi hal alıb.  Paşinyan hakimiyyətinin qərbyönümlü olması Rusiya tərəfindən qəbul olunmur. Rusiya Ermənistanda tarixən mövcud olmuş və  bu gün də iqtisadiyyatını idarə edir və sərhədlərin təhlükəsizliyini qoruyur. Paşinyan hakimiyyətinin rusofob siyasətinə baxmayaraq, Rusiya Ermənistandan çıxmaq fikrində deyil. Ona görə də Rusiyanın hakim "Vahid Rusiya" partiyasının Moskvada təşkil etdiyi “Müstəmləkəçiliyə qarşı: millətlərin azadlığı uğrunda” adlı təsis qurultayına da Ermənistanın iqtidar partiyasını yox, müxalifətin nümayəndələrini dəvət edib. Moskvaya dəvət olunmuş müxalifət nümayəndələrinə xüsusi tapşırıqların verildiyini hesab edirəm. Xüsusilə Qarabağ klanının rəhbəri  adlandırılan Serj Sərkisyanın xüsusi aktivliyini görürük. Amma onların bütün çalışmalarının nəticəsiz olacağını hesab edirəm. Ermənistan ictimaiyyətində radikal müxalifətə və xüsusilə Qarabağ klanına qarşı bir nifrət var. Düzdür, etiraz aksiyalarına müəyyən qədər insanların qoşulacağı gözləniləndir. Amma bunun kütləvi hal alacağına inanmıram".

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva

Keçmiş deputat, siyasi şərhçi Sona Əliyevanın fikrincə, Ermənistanda keçiriləcək mitinqin əsas səbəblərindən biri Paşinyanın Qərbə səfəri, orada keçirdiyi görüşlərdir: “Nikol Vovayeviç bu görüşlərlə Kremlə mesaj verdi ki, öz problemlərinin həllini Qərb vasitəsilə çözmək istəyir. İrəvan Bakı ilə sülh müqaviləsinin bağlanmasında da əsas vasitəçi kimi Qərb qütbünü götürür. Ona görə də Kreml Ermənistan siyasətindəki bütün "irili-xırdalı" füqurlardan son həmlə kimi istifadə etməyə çalışır. Doğrudur, Moskva budəfəki mitinqlərlə ciddi nəyəsə nail ola bilməyəcək. Amma Qərbə və İrəvana “mən hələ buradayam, getmək fikrim də yoxdur” - ismarışını göndərəcək. Yayılan məlumatlara görə, mitinqin maliyyə məsələsini də biznesmen siyasətçi Qagik Çarukyan və keçmiş prezident Serj Sərkisyanın kürəkəni Eduard Şarmazanov öz üzərinə götürüb. Üstəlik, mitinqin əsas tezisləri də yenidən redaktə olunmuş formada birbaşa Kremldən gəlib. Bu mitinqdən sonra Rusiyanın Ermənistana basqıları daha da artacaq. Ehtimal ki, Qarabağın dağlıq hissəsindəki rusiyalı sülhməramlılar da Rusiyaya yox, Ermənistana üz tutacaq. Yəni Kreml Ermənistanda qalmaq üçün bütün mümkün resurslarını səfərbər edəcək. Bundan başqa, Ermənistan ordusu hələ də rusmeylli zabitlərdən tam təmizlənməyib. Budəfəki mitinqlərin davamı olaraq cəbhəddə də müəyyən təxribatlara əl atılacaq. Təbii ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində təxribatlara qol qoymaqla Qərbə və onun Cənubi Qafqazdakı havadarına qulaqburması verməyi düşünür. Bütün bunlar rəsmi Bakıya həm diplomatik, həm də hərbi müstəvidə əlavə üstünlüklər qazandıra bilər".

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan siyasətinin  dönüş nöqtəsi oldu - Veteninfo.Az

Fuad Heydər

Politoloq Fuad Heydər isə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi bir zamanda hər vəchlə buna mane olmaq istəyən qüvvələr görünür: “Burada əsas məqsəd yekun sülh sənədinə imza atılmaması, iki ölkə arasındakı münaqişəyə son qoyulmamasıdır. Ona görə də xüsusilə də Rusiyaya bağlı olan həmin radikal müxalifət adlanan kəsim Paşinyana bu və ya digər şəkildə təsir etmək niyyətindədir. Sülhün əsas şərtlərindən biri də Ermənistanın konstitusiya dəyişikliyinə getməsidir. Lakin belə olduğu təqdirdə həmin ermənilərin özləri üçün uydurduğu yalan hekayələr də bitmiş olacaq. Ona görə də hazırda kilsə ilə Paşinyan arasında da çox ciddi mübarizə gedir. 

Mitinqlə bağlı məsələyə gəlincə isə düşünmürəm ki, Sərkisyan və ya Köçəryan ciddi kütlə toplaya bilsin. Çünki həmin şəxslər Ermənistan cəmiyyətinin ictimai-siyasi həyatında vurulmuş kartdan başqa bir şey deyillər. O nöqteyi-nəzərdən də demək olar ki, Paşinyana qarşı hazırkı müxalifət heç bir ciddi nəticə əldə edə bilməyəcək. 

Bütün bunların fonunda Ermənistanla Azərbaycan arasında hazırkı şərtlər daxilində sülh müqaviləsinin imzalanması belə təəssüf ki, hələ də hər şeyin bitdiyini göstərmir. Çünki ortada hələ ciddi maneələr var. Kimsə bizə təminat verə bilərmi ki, sülh müqaviləsinin sabahı sərhəddə hər hansı təxribatla üzləşməyəcəyik. Məsələn, Zəngilanda baş verən hadisə zamanı Paşinyan həmin terrorçu təşkilatla kommunikasiyalarının olmamasını söylədi. O zaman belə çıxır ki, hazırda Ermənistan sərhədlərini terrorçular qoruyur? Bu isə bizə həm də əsas verir ki, beynəlxalq hüququ da əldə rəhbər tutaraq bəzi addımları ataq. Lakin biz bunu istəmirik. Bölgəyə sülhün gəlməsinin, kommunikasiya xətlərinin açılmasının tərəfdarıyıq. Bunun üçün də sonuna qədər mübarizə aparacağıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR