İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT-dən Suriyada nöqtə əməliyyatı: Eyyub Yaqub zərərsizləşdirildi

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat zamanı “Əhməd Dorşin” kod adlı terrorçu Eyyub Yaqub zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Əhməd Dorşin Türkiyədəki fəaliyyətinə və Suriyada TSK-yə qarşı hərəkətlərinə görə hədəf siyahısına salıb.

Terrorçu Suriyanın şimalında nöqtə əməliyyatı ilə məhv edilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terrorçu 2010-cu ildə Muş bölgəsində PKK-nın gənclər təşkilatı DYG-nin tərkibində fəaliyyət göstərib. 3 il sonra 2013-cü ildə PKK-nın kənd kadrlarına qoşulan Yaqub bir müddət Türkiyədə terror fəaliyyətini davam etdirib.

2020-ci ildə Suriyanın Ayn-əl-Ərəb (Kobani)-Sırrin bölgəsində bomba hazırlama təhsili alıb. 2020-ci ildə PKK/YPG-nin sözdə “Çavres” komandasının təxribat zabiti olaraq Suriyada fəaliyyətini davam etdirib.

Yaqub 2021-ci ildə “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı partlayışlar və təxribatlar təşkil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR