Onlayn ictimai-siyasi qəzet
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İstanbulda Çin kəşfiyyatı üçün Şərqi Türküstan dərnəkləri və tanınmış türküstanlılar haqqında məlumat toplayan 6 casusu saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, topladıqları məlumat və sənədləri Çin kəşfiyyat orqanlarına ötürdükləri iddia edilən 6 nəfər haqqında həbs qərarı çıxarılıb.
Digər bir casusun tutulması istiqamətində işlər davam etdirilir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ