Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasının XXXIII turunda "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib.
"Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Yassin Benzia (59-cu dəqiqə) və Kadi Borges (82-ci dəqiqə) fərqlənib.
Ötən tur çempionluğu rəsmiləşdirən "Qarabağ" bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan "Sumqayıt"ın isə 30 xalı var.
XXXIII tura bu gün keçiriləcək "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" evdə "Turan Tovuz"a qalib gəlib - 1:0. "Araz-Naxçıvan" - "Sabah", "Şamaxı" - "Səbail" qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.**Oxu.Az
05 May 2025
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ