İnsanlara hürriyət, millətlərə istiqlal!

Misirlə Rusiyanın ŞOK PLANI üzə çıxdı

Misir prezidenti Əbdülfəttah Əs-Sisi Rusiyaya gizli şəkildə göndərilmək üçün 40 minə qədər raket istehsalına göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ kəşfiyyatının sızdırılmış sənədləri əsasında məlumat yayıb.

17 fevral 2023-cü il tarixli, üzərində “tam məxfi” qrifi olan sənəddə Əs-Sisi ilə yüksək rütbəli hərbçilərin danışıqları yer alıb. Söhbət Rusiyaya artilleriya mərmiləri və barıt verilməsi ilə bağlı planlarından gedir. Sənəddə Misir prezidenti rəsmilərə Qərblə problemlər yaşanmaması üçün raketlərin istehsalı və təchizatını gizli saxlamağı tapşırır. Bundan başqa, sənədlərdə ölkənin silahlanma naziri Salah əd-Dinin adı çəkilir. Nazirin sözlərinə görə, Rusiya rəsmiləri ona “hər şeyi almağa” hazır olduqlarını deyiblər.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd bununla bağlı yayılan informasiyanı inkar etməyib. “Misirin əvvəldən mövqeyi bu böhrana müdaxilə etməmək və hər iki tərəfdən bərabər məsafə saxlamaq öhdəliyinə əsaslanır”, - deyə sözçü qeyri-müəyyən cavab verib.

Adının çəkilməsini istəməyən amerikalı məmur Ağ Evin bu cür silah tədarükünün həyata keçirildiyindən xəbərsiz olduğunu bildirib. “The Washington Post” Rusiya hökumətinə silah verilməsi faktının ABŞ-ın Misirə qarşı sanksiyalarına səbəb ola biləcəyini yazıb. 1987-ci ildən ölkə Vaşinqton üçün “NATO xaricində əsas müttəfiq” statusuna malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR