İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir Qəzzaya humanitar yardım terminalı açıb

Misir Qəzzaya humanitar yardımın çatdırılması üçün kanal açdığını elan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Misir cümə axşamı gecəsi Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardımın çatdırılması üçün “davamlı” kanalın açıldığını elan edib.

Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Misirin yük maşınlarının Qəzzaya buraxılmasına razılıq verdiyini açıqlamışdı.

Misir prezidentinin sözçüsü Əhməd Fəhmi bildirib ki, Misir prezidenti Əbdülfəttah Sisi və ABŞ prezidenti Co Bayden Rəfah terminalı vasitəsilə Qəzza zolağına davamlı humanitar yardımın çatdırılması barədə razılığa gəliblər.

O, çatdırılmaların nə vaxt başlayacağını dəqiqləşdirməyib.

"Həmas yükləri müsadirə etsə və ya buraxmasa, hər şey dayanacaq", - Bayden deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR