Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Avropa İttifaqı Ermənistana ayrılan maliyyə dəstəyinin həcmini 2,5 milyard avroya qədər artırır. Rəsmi açıqlamalara görə, bu vəsait Ermənistanın nəqliyyat, enerji, rəqəmsal infrastruktur və kiçik biznes sahələrinə yönəldiləcək.
Beləliklə, Aİ Ermənistanın yollarını, elektrik və internet şəbəkələrini modernləşdirəcək, kiçik və orta sahibkarlığı stimullaşdıraraq yeni iş yerlərinin açılmasına və sosial sabitliyə şərait yaradacaq. Bu addımlar İrəvanın iqtisadi dayanıqlığını artırmağa və regional əlaqələri genişləndirməyə xidmət edir.
Amma məhz bu məqamda haqlı suallar yaranır: Ermənistan Azərbaycanın Qarabağ bölgəsini illərlə işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş, minalarla dolu ərazilər miras qoymuş ölkədir. Azərbaycan isə hazırda həmin dağıdılmış şəhərləri, kəndləri – Şuşanı, Füzulini, Laçını, Ağdamı, Kəlbəcəri, Zəngilanı və digər bölgələri – sıfırdan yenidən qurur, minlərlə köçkünü öz torpağına qaytarır.
Belə bir dönəmdə Aİ-nin Ermənistanı milyardlarla avro vəsaitlə daha da möhkəmləndirməsi, onun iqtisadi-təsərrüfat potensialını artırması Azərbaycanın ictimaiyyətində ciddi narazılıq doğurur. Çünki bu vəsait dolayısı ilə illərdir bölgəni dağıdan işğalçı ölkənin sabah yenidən silahlanmasına və mövqelərini möhkəmləndirməsinə zəmin yarada bilər.
Azərbaycanın Böyük Qayıdışı üçün bir quruş belə ayırmayan Avropa İttifaqının bu “çoxmilyardlıq jesti” 30 ildən çox işğal zülmü yaşamış və indi o torpaqları bərpa edən xalqımız üçün ədalətli görünmür.
Musavat.com
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ